Bizi sosial şəbəkələrdən izləyin:                                        
                                     
                                    
                                 
                                
                                    Rusiya millisinin keçmiş hücumçusu Pavel Poqrebnyak Federal Vergi Xidmətinə 21.7 milyon rubl (təxminən 458 min manat) borcludur.
 
                                            
                                            
                                            
                                            
Bu barədə Moderator.az "SHOT" "Telegram" kanalına istinadən məlumat verir.
 
Məlumata görə, əgər Poqrebnyak yaxın zamanda borcu ödəməsə, onun bank hesabları dondurula və Rusiya hüdudlarından kənara çıxmasına qadağa qoyula bilər.
 
Keçmiş futbolçu "Oblsklad" şirkətində 10% paya sahibdir ki, şirkətin 2020-ci ildən 2024-cü ilə qədər xalis mənfəəti 239.4 milyon rubl (5 milyon manatdan çox) təşkil edib. Poqrebnyakdan başqa şirkətin daha səkkiz sahibi var.
 
Poqrebnyakın son klubu 2017-ci ildən 2021-ci ilə qədər oynadığı Yekaterinburqun "Ural" klubu olub. O, həmçinin Rusiyada "Dinamo", "Zenit" və "Tom" klublarında oyunları ilə tanınır. Karyerası ərzində Pavel Poqrebnyak Almaniyanın "Ştutqart" və İngiltərənin "Fulhem" və Readinq" klublarında oynayıb.
 
Hücumçu hesabında Rusiya millisində 33 oyunu var. Poqrebnyak "Zenit"in tərkibində UEFA Kubokunu qazanıb və 2007/08 mövsümündə turnirin ən yaxşı bombardiri olub. O, həmçinin Sankt-Peterburq klubunun tərkibində Rusiya çempionatının və Rusiya Superkubokunun qalibi olub.