İdman
816
31 Oct 2025 | 14:35

"Qarabağ" - "Çelsi" oyununa 27 250 bilet satılıb

Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununa indiyədək 27 250 bilet satılıb.
 
Bu barədə Moderator.az-a Ağdam klubundan məlumat verilib.
 
Qeyd edək ki, "Qarabağ" - "Çelsi" oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.
Link kopyalandı!
Son xəbərlər