İdman
802
31 Oct 2025 | 10:39

"Qarabağ"ın rəqibi ciddi itki ilə üzləşdi

"Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən olan İngiltərənin "Liverpul" klubu ciddi itki ilə üzləşib.
 
Moderator.az "talkSPORT"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Ceremi Frimponq sıradan çıxıb.
 
Niderlandlı oyunçu ÇL-nin III turunda Almaniyada "Ayntraxt Frankfurt"u 5:1 hesabı ilə məğlub etdikləri oyunda budundan zədələnib.
 
24 yaşlı futbolçunun təxminən altı həftə oynaya bilməyəcəyi gözlənilir.
 
Frimponq Premyer Liqada "Aston Villa" (1 noyabr), "Mançester Siti" (9 noyabr), "Nottingem Forest" (22 noyabr) və "Vest Hem" (30 noyabr) ilə oyunları, eləcə də Çempionlar Liqasının əsas mərhələsində "Real Madrid" (4 noyabr) və PSV (26 noyabr) ilə matçları buraxa bilər.
 
Qeyd edək ki, "Qarabağ"la "Liverpul" 2026-cı ilin yanvarında 29-da üz-üzə gələcək.
Link kopyalandı!
Son xəbərlər