Bizi sosial şəbəkələrdən izləyin:                                        
                                     
                                    
                                 
                                
                                    Cənubi Amerikanın ən nüfuzlu klub turniri sayılan Libertadores Kubokunun ikinci finalçısı müəyyənləşib.
 
                                            
                                            
                                            
                                            
Moderator.az xəbər verir ki, bu, Braziliyanın “Palmeyras” klubudur.
 
“Yaşıl-ağlar” yarımfinalda Ekvadorun “Kito” komandasından güclü olub. Səfərdə 0:3 hesabı ilə uduzan Abel Ferreyranın baş məşqçi olduğu kollektiv doğma meydanda 4:0 hesablı qələbə ilə mərhələ adlayan tərəf olub.
 
Qeyd edək ki, “Palmeyras” finalda digər Braziliya klubu “Flamenqo” ilə qarşılaşacaq. Görüş noyabrın 30-da, Perunun paytaxtı Limadakı “Monimental” stadionunda keçiriləcək.