04:30
                            
8°C
                                            
                                            Bakı
                                         
                            “Barselona” “Qalatasaray”ın forvardı Viktor Osimhenlə maraqlanır.
Moderator.az xəbər verir ki, “Mundo Deportivo”nun məlumatına görə, “blauqrana” 2024-cü ildən bəri nigeriyalı futbolçunu hücumçu Robert Levandovskinin əvəzedicisi kimi nəzərdən keçirir.
Mənbənin sözlərinə görə, futbolçunun yüksək qiyməti Osimhenin “Barselona”ya potensial transferinə ciddi maneə ola bilər. Türkiyə nəhənginin 26 yaşlı futbolçunu ötən yay 75 milyon avroya aldığı və onu daha aşağı qiymətə satmaq istəmədiyi vurğulanır.
Bu mövsüm Osimhen bütün yarışlarda doqquz matçda meydana çıxıb və altı qol vurub. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 75 milyon avrodur.
 
                             
                             
                             
                            