00:41
7°C
Bakı
Velko Paunoviç Serbiya millisinin yeni baş məşqçisi olub.
Moderator.az xəbər verir ki, bu barədə Serbiya Futbol Federasiyası rəsmi məlumat yayıb.
O bu vəzifədə oktyabrda Albaniya yığmasına məğlubiyyətdən (0:1) sonra postundan ayrılan Draqan Stoykoviçi əvəzləyib.
Paunoviçin son iş yeri İspaniyanın "Real Ovyedo" klubu olub. Serb məşqçi uzun illərdən sonra ilk dəfə klubu Sequnda divizionundan La Liqaya çıxarıb.
Noyabrda Serbiya millisini dünya çempionatının seçmə mərhələsinin (DŞ-2026) vacib oyunları gözləyir. Balkan komandası noyabrın 13-də səfərdə İngiltərə, noyabrın 16-da isə evdə Latviya ilə qarşılaşacaq.
Hazırda Serbiya yığması 10 xalla qrupda üçüncü yerdədir.