Bizi sosial şəbəkələrdən izləyin:
Cənubi Amerikanın futbol klublarının mübarizə apardığı Libertadores Kubokunda ilk finalçı bəlli olub.
Moderator.az xəbər verir ki, Braziliyanın “Flamenqo” komandası cavab oyununda Argentinanın “Rasinq” klubu ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
İlk matçda rəqibinə 1:0 hesabı ilə qalib gələn Braziliya təmsilçisi həlledici mərhələyə yüksəlib.
Turnirin ikinci finalçısı “Palmeyras” (Braziliya) – “Kito” (Ekvador) qarşılaşmasının qalibi olacaq. Birinci oyunda Ekvador təmsilçisi sevinən tərəf olub – 3:0.