Qurban Qurbanov
İdman
440
11:24, Bu gün

Qurban Qurbanov "Atletik"ə məğlubiyyətə görə futbolçuları cərimələyib? - Açıqlama

Ötən gün mətbuatda "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun bütün futbolçuları böyük məbləğdə cərimələdiyinə dair məlumat yayılıb. Qurban Qurbanovun "Atletik Bilbao" ilə oyunda futbolçularının performansından narazı qaldığı üçün belə bir addım atdığı iddia edilib.
 
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev "Unikal"a açıqlama verib. O bildirib ki, yayılan məlumatlar əsassızdır:
 
"Bu iddialar yalandır. Futbolçulara heç bir cərimə tətbiq edilməyib. Komanda İspaniyadan qayıtdıqdan sonra normal qaydada məşqini edib və növbəti oyunlara hazırlaşıb", - deyə o əlavə edib.
 
Xatırladaq ki, Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turu çərçivəsində keçirilən "Atletik Bilbao" - "Qarabağ" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Link kopyalandı!
Son xəbərlər