İdman
239
00:44, Bu gün

"Araz-Naxçıvan" futzal üzrə Çempionlar Liqasındakı ilk matçında qələbə qazanıb

"Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçını keçirib.

Moderator.az xəbər verir ki, Rumıniyanın "Yunayted Qalati" klubu ilə üz-üzə gələn Naxçıvan təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu kollektiv qrupda növbəti matçlarını sabah Lüksemburqun "Differdanj 03", noyabrın 1-də isə Niderlandın "Taygers Rurmond" komandalarına qarşı keçirəcək.

Link kopyalandı!
Son xəbərlər