İdman
244
15:05, Bu gün

"Çelsi" azarkeşlərindən "Qarabağ"ın oyununa böyük maraq: Bakıya 1 300 ingilis fanat gəlir

İngiltərənin məşhur "Çelsi" klubunun azarkeşləri "Qarabağ"la Bakıda keçiriləcək oyuna böyük maraq göstərirlər.
 
Moderator.az azerisport.com saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmada qonaq azarkeşlər üçün 3 sektor ayrılıb.
 
Məlumata görə, Böyük Britaniyadan Azərbaycan paytaxtına 1300-ə yaxın azarkeş ordusunun gələcəyi gözlənilir. Bu da Azərbaycan klublarının iştirak etdiyi avrokubok matçlarında nadir hallarda rast gəlinən mənzərədir.
 
Xatırladaq ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun "Qarabağ" - "Çelsi" matçı noyabrın 5-də saat 21:45-də başlayacaq. Üç turdan sonra "Çelsi" ilə "Qarabağ" hərəyə 6 xal toplayaraq, müvafiq olaraq 11-ci və 13-cü yerlərdə mövqe tutublar.
Link kopyalandı!
Son xəbərlər