İdman
301
14:52, Bu gün

"Yuventus"a yeni baş məşqçi təyin edildi

İtaliyanın “Yuevntus” komandasının yeni baş məşqçisi məlum olub.
 
Moderator.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
 
Onun sözlərinə görə, bu vəzifəyə təcrübəli mütəxəssis Luçano Spaletti gətirilib.
 
İddiaya görə, Turin klubunun rəhbərliyi italiyalı çalışdırıcı ilə bu mövsümün sonuna qədər müqavilə imzalayacaq. "Qoca sinyora" sezonu ilk “dördlük”də başa vuracağı təqdirdə, Spaletti ilə yeni sözləşmə bağlanacaq.
 
Qeyd edək ki, “Yuventus”u son olaraq İqor Tüdor çalışdırıb.
 
Link kopyalandı!
Son xəbərlər