İtaliya A Seriyası:
İdman
222
28 Oct 2025 | 23:45

İtaliya A Seriyası: "Napoli" səfərdən üç xalla qayıdır - VİDEO

İtaliya A Seriyasında 9-cu tura start verilib.

Moderator.az xəbər verir ki, turun açılış matçında lider "Napoli" səfərdə "Leççe"nin qonağı olub.

Görüşün taleyini bir qol həll edib. Matçın 69-cu dəqiqəsində Andre Zambo-Anqissanın dəqiq zərbəsi Neapol klubuna üç xalı qazandırıb.

Hazırda "Napoli" 21 xalla yarış cədvəlinə başçılıq edir. "Leççe" isə aktivindəki 6 xalla 16-cı sırada qərar tutub.

 

Link kopyalandı!
Son xəbərlər