İdman
251
28 Oct 2025 | 21:35

"Barselona"ya qarşı korrupsiyada rəsmən ittiham irəli sürüldü

"Barselona" futbol klubuna qarşı İspaniyada hakimlərin Texniki Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya 20 ilə yaxın müddət ərzində qanunsuz olaraq təxminən 7.2 milyon avro ödəməklə bağlı rəsmi olaraq ittiham irəli sürülüb.

Moderator.az bu barədə "One Football" nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, "Barselona"nın indiki prezidenti Xuan Laporta və keçmiş rəhbəri Xuan Qaspar, vitse-prezident Elena Fort, eləcə də klubun keçmiş məşqçiləri Luis Enrike və Ernesto Valverdenin noyabr-fevral ayları arasında ifadə vermələri gözlənilir.

Məhkəmə, həmçinin klubla "Dasnil 95 SL" və "Nilsad SCP" şirkətləri ilə müqavilələrin mətnini tələb edir. Bu sənədlərin 2001-ci ildən 2014-cü ilə qədər hakimlik xidmətlərinə görə ödənişləri əhatə etdiyi təxmin olunur.

Link kopyalandı!
Son xəbərlər