İdman
260
17:17, Bu gün

"Qarabağ" - "Çelsi" oyununun biletləri sabahdan satışa çıxarılır - QİYMƏTLƏR

“Qarabağ” - “Çelsi” oyununun biletləri sabah satışa çıxarılacaq.

Moderator.az xəbər verir ki, bu barədə klubun rəsmi səhifələri məlumat yayıb.

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Çelsi” (İngiltərə) oyununun biletləri 29 oktyabr saat 15:00-dan etibarən satışa çıxarılacaq.

Oyun Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və 21:45-də başlayacaq.

Standart biletlərin qiyməti: 10, 15, 25, 35, 40, 50, 75 AZN

VIP sektorlar: 200, 250, 300 və 400 AZN

VVIP sektorlar: 1000 AZN

Diqqət: Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Onlayn bilet alışı ilə bağlı çətinlik yarandıqda azarkeşlər iTicket.az-ın satış məntəqələrinə, Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopuna və Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarına müraciət edə bilər.

 

Link kopyalandı!
Son xəbərlər