Bizon Azərbaycan Kuboku: Növbəti mərhələyə vəsiqə qazanan 6 komanda müəyyənləşdi - YENİLƏNİB
İdman
292
19:08, Bu gün

Bizon Azərbaycan Kuboku: Növbəti mərhələyə vəsiqə qazanan 6 komanda müəyyənləşdi - YENİLƏNİB

Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsində "Dinamo" və "Turan Tovuz" komandaları qarşılaşıb.
 
Moderator.az xəbər verir ki, görüş "Azərsun Arena"da baş tutub.
 
Tovuz təmsilçisi 5:0 hesablı qələbəsi ilə növbəti mərhələyə vəsiqəni təmin edib.
 
Qeyd edək ki, Azərbaycan Kubokunda II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.
 
16:53
 
Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, II təsnifat mərhələsində "Karvan-Yevlax" Şamaxı şəhər stadionunda “Sheki Siti" ilə görüşüb - 1:1.
 
Əlavə vaxtda isə Yevlax təmsilçisi hesabı 3:1 etməyi bacarıb.
 
Qeyd edək ki, Azərbaycan Kubokunda II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.
 
16:31
 
Bizon Azərbaycan Kubokunun II təsnifat mərhələsinin ilk oyunları keçirilib.
 
Moderator.az xəbər verir ki, bu qarşılaşmalardan sonra 1/8 final mərhələsinə vəsiqə qazanan ilk komandalar bəlli olub.
 
Mərhələnin ilk oyun günündə "Kəpəz", “İmişli”,“Şəfa” və “Baku Sportinq” növbəti mərhələyə adlarını yazdırıblar.
 
“Cəbrayıl” – “Şəfa” 0:3
 
“Göygöl” – “Baku Sportinq” 0:2
 
“Kəpəz” – “Ağstafa Gəncləri” 6:1
 
“Qaradağ Lökbatan” – “İmişli” 2:3
 
Qeyd edək ki, Azərbaycan Kubokunun II təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.
Link kopyalandı!
Son xəbərlər