01:34
17°C
Bakı
İspaniyanın “Barselona” klubunun hücumçusu Robert Levandovski və qapıçı Joan Qarsiyanın son durumu açıqlanıb.
Moderator.az xəbər verir ki, hər iki futbolçu La Liqanın XI turu çərçivəsində “Elçe” ilə oyunda meydana qayıda bilər.
Qarsiyanın vəziyyəti oktyabrın 29-da növbəti məşqdən əvvəl qiymətləndiriləcək. Levandovski isə məşqlərin bir hissəsini əsas komanda ilə keçirir.
Qeyd edək ki, “Barselona” – “Elçe” matçı noyabrın 2-də saat 21:30-da baş tutacaq.