Messi dünya çempionatı ilə bağlı qərarını açıqladı
İdman
414
11:35, Bu gün

Messi dünya çempionatı ilə bağlı qərarını açıqladı

“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi Argentina millisinin heyətində 2026-cı ildə keçiriləcək dünya çempionatında çıxış etmək istədiyini bildirib.

Moderator.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, 38 yaşlı ulduz hücumçu buna hazır olduğunu deyib.

“Düzünü desəm, dünya çempionatında iştirak etmək inanılmaz bir hiss olardı. Mən yaxşı formada olmaq və millidə mühüm rol oynamaq istəyirəm. 2026-cı ilin əvvəlində “İnter Mayami” ilə mövsümöncəsi hazırlıqlar başlayanda vəziyyəti qiymətləndirəcəyəm. Görsəm ki, 100 faiz oynaya bilərəm, komandaya və milliyə faydalı ola bilərəm, bundan sonra qərar verəcəyəm. Əlbəttə, çox həyəcanlıyam, çünki söhbət dünya çempionatından gedir. Biz son turnirdə qalib gəlmişik və titulu qorumaq gözəl olardı. Millidə, xüsusilə də rəsmi turnirdə oynamaq hər bir futbolçunun arzusudur”, – deyə, Messi qeyd edib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun–19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Argentina millisi artıq final mərhələsinə vəsiqə qazanıb. Yığma Qətərdə keçirilən 2022-ci il dünya çempionatının qalibi olub.

Link kopyalandı!
Son xəbərlər