20:20
16°C
Bakı
"Yuventus" rəhbərliyi son uğursuz nəticələrdən sonra əsas komandanın baş məşqçisi İqor Tudoru istefaya göndərib.
Moderator.az xəbər verir ki, bu barədə Turin klubu rəsmi məlumat yayıb.
47 yaşlı mütəxəssis 2025-ci il martın 23-dən "Yuve"yə rəhbərlik edirdi. İyunun 13-də Turin klubu xorvatiyalı ilə müqaviləni 2027-ci ilin iyunun sonuna qədər uzadıb və ona daha bir mövsüm üçün də seçim etmək imkanı verib.
Komanda onun rəhbərliyi altında keçirdiyi 24 oyunda 10 qələbə qazanıb, 8 heç-heçə edib və 6 məğlubiyyətlə üzləşib.
"Yuventus"u müvəqqəti olaraq komandanın gənclərdən ibarət komandasının məşqçisi Massimo Brambilla çalışdıracaq.
Xatırladaq ki, bu mövsüm A Seriyasında səkkiz turdan sonra "Qoca sinyora" 12 xal toplayıb və 8-cı sıradadır.