Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyədə futbol hakimlərinin mərc oyunlarına pul qoyuluşu etdikləri bəlli olub.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu məlumat verib.
Onun sözlərinə görə, aktiv hakimliklə məşğul olan 571 nəfərdən 371-nin mərc oyunlarına pul yatırmaq üçün hesablarının olduğu müəyyənləşib. Eyni zamanda, 152 hakimin mərc oyunlarında pul qoyduqları təsdiqlənib.
TFF rəhbəri bildirib ki, dövlət qurumları ilə birgə araşdırmalardan sonra türkiyəli hakimlərin mərc oyunlarında iştirak etdiklərini üzə çıxarıblar. Onun sözlərinə görə, TFF-nin Nizam-İntizam Komitəsi bu gündən etibarən lazımi işlərə başlayacaq və müvafiq cəzaları açıqlayacaq.
İbrahim Hacıosmanoğlu məsələ ilə bağlı FIFA və UEFA-ya da məlumat verdiklərini vurğulayıb. Qaydalara görə, mərc oyunlarına pul qoyuluşu edən hakimlər 5 ilədək futbol matçlarını idarə etməkdən uzaqlaşdırıla bilərlər.