Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan milli komandasının və “Araz-Naxçıvan” klubunun futbolçusu Rahil Məmmədov 2026-cı ilə qədər yaşıl meydanlardan uzaq qalacaq.
Bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, Ukrayna ilə oyuna hazırlıq zamanı zədələnən və budun gətirici əzələlərindən birinin tam qopması diaqnozu ilə əməliyyat olunan 35 yaşlı futbolçu uzun fasilədən sonra məşqlərə başlaya biləcək: “Ən tezi 3 ay sonra məşqlərə başlaya biləcək. Bu da o deməkdir ki, qışa qədər Rahil artıq komandaya kömək edə bilməyəcək”.
Qeyd edək ki, Rahil Məmmədov yay fasiləsində Polşanın “Radomyak” klubundan “Araz-Naxçıvan”a transfer olunub.