Yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq
İdman
463
11:15, Bu gün

Yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq

Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq.
 
Moderator.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda Kosovo ilə qarşılaşacaq.
 
Görüş Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
 
Qarşılaşmanı islandiyalı baş hakim Briet Braqadottir idarə edəcək.
 
Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.
 
Link kopyalandı!
Son xəbərlər