03:03
16°C
Bakı
Serbiyanın Novi Sad şəhərində keçirilən U23 dünya çempionatı sona yaxınlaşır.
Moderator.az xəbər verir ki, sərbəst güləş üzrə Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb.
Kənan Heybətov (70 kiloqram) finalda iranlı Sina Xəliliylə qarşılaşıb. İlk hissədə rəqib üstün olsa da, həmyerlimiz əzmkar qələbə qazanıb. Rəqibinə 9:4 hesabı ilə qalib gələn Kənan ilk dəfə U-23 dünya çempionu olub.
Xetaq Karsanov (125 kiloqram) da finalda İran təmsilçisiylə qarşılaşıb. Ancaq bu ildən ən ağır çəkidə çıxış etməyə başlayan milli üzvü Abolfazl Necada məğlub olaraq (0:11) gümüş medalı boynundan asıb.