İspaniya La Liqası:
İdman
443
26 Oct 2025 | 21:33

İspaniya La Liqası: "El-Klasiko" üç qolla bitdi

İspaniya La Liqasının 10-cu turu "Real Madrid" və "Barselona" klublarının qarşılaşması ilə əlamətdar olub.

Moderator.az xəbər verir ki, Santyaqo Bernabeuda baş tutan budəfəki "El-Klasiko"da üç qol qeydə alınıb. Maraqlıdır ki, onların hamısı ilk hissədə vurulub.

Hesabı meydan sahibləri açıblar. Mbappe 22-ci dəqiqədə qapını dəqiq nişan alıb. 38-ci dəqiqədə katalonlardan Lopes cavab qolunu vursa da, 5 dəqiqdə sonra Bellingem kral klubunu yenidən önə çıxararaq matçda yekun nəticəni müəyyənləşdirib - 2:1.

Beləliklə də, əzəli rəqibi üzərindən minimal fərqlə qələbə qazanan Madrid təmsilçisi yarış cədvəlində liderliyini möhkəmləndirib. Hazırda 27 xala malik "Real" ən yaxın izləyicisi olan "Barsa"nı 5 xal qabaqlayır.

Link kopyalandı!
Son xəbərlər