İngiltərə Premyer Liqası:
İdman
447
26 Oct 2025 | 20:50

İngiltərə Premyer Liqası: "Arsenal"dan qələbə, "Mançester Siti"dən məğlubiyyət

İngiltərə Premyer Liqasının 9-cu turunda bir sıra maraqlı qarşılaşmalar başa çatıb.

Moderator.az xəbər verir ki, mövsümün hazırki lideri "Arsenal" "Kristal Pelas"ı qəbul edib.

Ezanın matçın 39-cu dəqiqəsində vurduğu yeganə qol "topçular"a qələbə qazandırıb - 1:0.

"Mançester Siti" isə səfərdə "Aston Villa"nın qonağı olub. "Şəhərlilər" rəqibə minimal hesabla məğlub olublar - 1:0.

Bu nəticələrdən sonra "Arsenal" zirvədəki yerini qoruyur. London klubunun aktivində 22 xal var. Qvardiolanın yetirmələri isə 16 xalla 4-cü yerdə qərar tutublar.

 

 

Link kopyalandı!
Son xəbərlər