00:38
17°C
Bakı
Türkiyə Superliqasında 10-cu turun oyunları keçirilir.
Moderator.az xəbər verir ki, turnirin son qalibi "Qalatasaray" öz meydanında "Göztepe"ni qəbul edib.
Hesabı 6-cı dəqiqədə qonaqlar açsalar da, "aslanlar" 19-cu dəqiqədə Osimhenin dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər.
İlk hissənin sonlarında "Göztepe" azlıqda qalıb. Okan Burukun yetirmələri say üstünlüyündən yararlanaraq daha iki qol vurublar (Sara 63, İkardı 66) - 3:1.
Hazırda "cim-bom" 28 xalla yarış cədvəlinin zirvəsindədir. Onun rəqibi isə 16 xalla 5-ci sırada qərarlaşıb.