Məhəmməd Salahın həyat yoldaşı stadionda: Nadir hallarda rast gəlinən görüntü
İdman
616
26 Oct 2025 | 19:30

Məhəmməd Salahın həyat yoldaşı stadionda: Nadir hallarda rast gəlinən görüntü

Misir millisi Dünya çmpionatının seçmə mərhələsində Qvineya-Bisaunu məğlub etdikdə Məhəmməd Salahın həyat yoldaşı Maqi Sadek futbolçunu dəstəkləmək üçün Qahirə beynəlxalq stadionuna gəlib.

Faronlar, Kanada, Meksika və ABŞ-da keçiriləcək 2026 FİFA Dünya çemponatında iştirak etmək üçün rəsmi olaraq vəsiqə qazanan Afrika komandalarından biridir.

Salah və Maqi yeniyetməlik illərində doğma şəhərləri Naqriqdə tanış olublar və 2013-cü ilin dekabrında evləniblər. Cütlüyün iki qızı var: Məkkə (2014-cü il təvəllüdlü) və Kayan (2020-ci il təvəllüdlü). Sadek bəzən tədbirlərdə əri ilə birlikdə görünsə də, kamera qarşısında utancaq olması ilə tanınır.

Link kopyalandı!
Son xəbərlər