Misli Premyer Liqası:
İdman
687
26 Oct 2025 | 18:59

Misli Premyer Liqası: "Neftçi" səfərdə qələbə qazandı, Abubakar ilk qolunu vurdu

Misli Premyer Liqasının IX turunda "Neftçi" "Qəbələ" üzərində qələbə qazanıb.

Moderator.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan görüş paytaxt təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Neftçi"nin heyətində İfeanyi Metyu (71-ci dəqiqə) və yeni transfer, kamerunlu hücumçu Vensan Abubakar (81-ci dəqiqə) fərqləniblər.

Qeyd edək ki, daha əvvəl "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" "Kəpəz"i (3:0), "Zirə" isə "Sumqayıt"ı (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Sabah" matçı heç-heçə bitib - 2:2.

Misli Premyer Liqasında bu gün IX tura yekun vurulacaq.

Moderator.az xəbər verir ki, turun son oyun günündə 2 görüş baş tutacaq.

"Qəbələ" evdə "Neftçi" ilə üz-üzə gələcək. Matç Qəbələ şəhər stadionunda, saat 16:00-da start götürəcək. "Qəbələ" hazırda 5 xalla 10-cu pillədə qərarlaşıb. 9 xala malik "Neftçi" isə 9-cu yerdədir.

Turun son matçında "Qarabağ" evdə "Şamaxı"nı qəbul edəcək. Görüş "Azərsun Arena"da saat 18:30-da başlayacaq. "Qarabağ" hazırda 16 xalla turnir cədvəlinin 2-ci pilləsindədir. 8-ci yerdə qərarlaşan "Şamaxı"nın isə 9 xalı var.

Misli Premyer Liqası

I dövrə, IX tur

26 oktyabr

16:00. "Qəbələ" - "Neftçi"

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cəmil Quliyev, Vüqar Həsənli.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Hakim-inspektor: Ceyhun Haşımov.

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.

Qəbələ şəhər stadionu

18:30. "Qarabağ" - "Şamaxı"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Emin Əliyev.

VAR: Nicat İsmayıllı.

AVAR: Elşad Abdullayev.

Hakim-inspektor: Vüsal Əliyev.

AFFA nümayəndəsi: Elgiz Abbasov.

"Azərsun Arena"

Qeyd edək ki, daha əvvəl "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" "Kəpəz"i (3:0), "Zirə" isə "Sumqayıt"ı (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Sabah" matçı heç-heçə bitib - 2:2.

 

Link kopyalandı!
Son xəbərlər