Münhendə Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı referendum keçirilir
İdman
818
26 Oct 2025 | 17:37

Münhendə Olimpiya Oyunlarına ev sahibliyi ilə bağlı referendum keçirilir

Münhendə şəhərin 1972-ci ildən bəri ikinci dəfə Yay Olimpiya Oyunlarına, ardınca Paralimpiya Oyunlarına ev sahibliyi edib-etməməsi ilə bağlı referendum keçirilir.

Moderator.az bu barədə DW nəşrinə istinadən xəbər verir.

Bildirilir ki, seçki məntəqələri bazar günü yerli vaxtla saat 08:00-da açılıb və saat 18:00-a qədər açıq qalacaq.

Bu, Almaniyanın Olimpiya Oyunlarına ev sahibliyi etməsi üçün ilk böyük sınaqdır. Münhen Almaniyanın dörd namizəd şəhərindən biridir. Münhendən savayı, Berlin, Hamburq və Köln ilə Düsseldorf kimi şəhərlərin yerləşdiyi Reyn-Rur bölgəsi yarışa qoşulub.

Məlumata görə, səsvermədə təxminən 1.1 milyon şəhər sakini iştirak edə bilər. Referendumun etibarlı olması üçün onların ən azı 10%-i iştirak etməlidir.

Münhen sakinləri aşağıdakı suala cavab verməlidirlər: "Siz Münhenin 2036, 2040 və ya 2044-cü illərdə Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsinin tərəfdarısınızmı?"

 

(Oxu.az)

Link kopyalandı!
Son xəbərlər