01:13
15°C
Bakı
Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Moderator.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Zirə"nin qonağı olub.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Görüşdəki yeganə qolu 37-ci dəqiqədə Brahim Konate vurub.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Bakı klubu üçüncü pillədə qərarlaşıb. "Gənclik şəhəri" təmsilçisi 14 xalla altıncıdır.
Günün ilk görüşündə "Sabah" "Araz-Naxçıvan"la heç-heçə edib - 2:2.
Qeyd edək ki, ötən gün "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" isə "Kəpəz"i (3:0) məğlub edib. Tura oktyabrın 26-da yekun vurulacaq.