İngiltərə Premyer Liqası:
İdman
289
25 Oct 2025 | 21:20

İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda uduzdu

İngiltərə Premyer Liqasının 9-cu turunda "Çelsi" doğma azarkeşləri önündə "Sanderlend"lə qarşılaşıb.

Moderator.az xəbər verir ki, Alexandro Qarnaço artıq dördüncü dəqiqədə London komandasına üstünlük qazandırıb.

Lakin qonaqlardan Vilson İsidor 22-ci dəqiqədə bərabərlik qolunu vurub.

Matçın taleyini isə 90+3-cü dəqiqədə "Sanderlend"dən Şəmsdin Talbinin vurduğu qədid zərbə həll edib. Bununla da, "zadəganlar" ev matçında meydanı məğlub tərk ediblər - 1:2.

Bu oyundan sonra "Çelsi" İngiltərə Premyer Liqasının turnir cədvəlində 14 xalla yeddinci, "Sanderlend" isə 17 xalla ikinci yerdədir.

Link kopyalandı!
Son xəbərlər