İdman
252
19:20, Bu gün

"Barselona" məşhur müğənnini öz heyətinə daxil etdi

"Barselona"nın mətbuat xidməti klubun rəsmi saytında məşhur britaniyalı pop-ifaçısı Ed Şiranı əsas komandanın heyətinə daxil edib.

Moderator.az xəbər verir ki, "Barselona" klubu Şiranı komandanın yarımmüdafiəçiləri sırasına salıb.

Qeyd edək ki, Kataloniya klubu populyar "Spotify" xidməti ilə tərəfdaşlıq çərçivəsində vaxtaşırı buna bənzər aksiyalar keçirir. Dünya musiqisinin məşhur ulduzları bundan əvvəl də klubun formalarında meydana çıxıblar.

Qeyd edək ki, britaniyalı müğənni ilə əməkdaşlıq oktyabrın 26-da Madriddə "Real"la keçiriləcək "El-Klasiko" matçına (İspaniyanın iki ən güclü futbol klubu - "Real Madrid" və "Barselona" arasındakı rəqabəti təcəssüm etdirir) həsr olunub.

Üstəlik, "Footy Headlines"in məlumatına görə, oyunçuların formalarında Şiranın öz albomlarının adları üçün istifadə etdiyi rəmzlər əks olunacaq.

Xatırladaq ki, "Barselona" Drake, Rozaliya, "The Rolling Stones", KAROL G, Coldplay və Trevis Skott kimi ifaçılarla da bu bənzər əməkdaşlıq edib.

Barselona məşhur müğənnini öz heyətinə daxil etdi

Link kopyalandı!
Son xəbərlər