“Real”ın qənimi “El-Klasiko”da baş hakim olacaq
İdman
247
18:16, Bu gün

“Real”ın qənimi “El-Klasiko”da baş hakim olacaq

İspaniya La Liqasının 10-cu turunda keçiriləcək “El-Klasiko” oyununu idarə edəcək hakim heyəti müəyyənləşib.

Moderator.az xəbər verir ki, oktyabrın 26-da Madriddə baş tutacaq “Real” – “Barselona” görüşünə Sesar Soto Qrado baş hakim təyin olunub.

“Madrid Zone” sosial şəbəkə hesabının məlumatına görə, bu referi karyerası ərzində “kral klubu” futbolçularına digər istənilən komandalaırn oyunçularından daha çox qırmızı vərəqə göstərib.

Hazırda “Real” 24 xalla La Liqanın lideridir, “Barselona” isə 22 xalla ikinci pillədə qərarlaşıb. Qarşıdakı “El-Klasiko” bu mövsümdə komandalar arasında ilk duel olacaq.

Link kopyalandı!
Son xəbərlər