Boccia idman növü üzrə paralimpiyaçılarımız Qazaxıstandakı turnirə qatılırlar
İdman
450
13:38, Bu gün

Boccia idman növü üzrə paralimpiyaçılarımız Qazaxıstandakı turnirə qatılırlar

Azərbaycanın boccia idman növü üzrə paralimpiyaçıları Qazaxıstanın Aktau şəhərində keçirilən türkdilli dövlətlər arasında beynəlxalq turnirdə çıxış edəcəklər.
 
Bu barədə Moderator.az-a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
 
Bildirilib ki, yarışda kişi paralimpiyaçılardan Nəriman Pirquliyev (BC1), Orxan Kərimov BC2), Bəhruz Mirzəyev (BC4) və Zaur Veysəlov (BC4), qadınlardan isə Sona Ağayeva (BC2) ilə Günel Rzazadə (BC4) mübarizə aparacaqlar. Turnirdə ölkəmiz ilə yanaşı, Qazaxıstan, Türkiyə, Özbəkistan və Qırğızıstan idmançıları da mübarizə aparacaq.
 
Qeyd edək ki, bu gün start götürən yarış oktyabrın 31-də başa çatacaq.
 
Link kopyalandı!
Son xəbərlər