01:34
17°C
Bakı
Qazaxıstanda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoldaşlıq görüşünü keçirib.
Moderator.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu yığma Qazaxıstan seçməsi ilə üz-üzə gəlib
Çimkənd şəhər stadionunda baş tutan qarşılaşma millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tərəflər arasında ikinci oyun oktyabrın 27-də baş tutacaq.