Olimpiya çempionumuz bu birliyin prezidenti seçildi
İdman
328
24 Oct 2025 | 21:00

Olimpiya çempionumuz bu birliyin prezidenti seçildi

Olimpiya çempionu Zemfira Meftahətdinova "İdman veteranları" İctimai Birliyinin prezidenti seçilib.

Moderator.az xəbər verir ki, bu barədə qərar Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan "İdman veteranları" İctimai Birliyinin ümumi yığıncağında verilib.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb. Ardınca Zemfira Meftahətdinova təşkilatın fəaliyyətinə dair 2024-cü ildən ötən dövr ərzində görülən işlər barədə hesabatı təqdim edib.

Ardınca Z.Meftahətdinovanın "İdman veteranları" İctimai Birliyinə preizdent seçilməsi qərara alınıb.

Tamilla Bünyadova birinci vitse-prezident, Rafiq Hacıyev və Elşad Nərimanov vitse-prezidentlər, Tərlan Həsənov, Şamil Əbdülrəhmanov, Lyudmila Şubina, Əhməddin Rəcəbli və Nigar İbrahimova isə İdarə Heyətinin üzvləri seçiliblər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər