22:20
17°C
Bakı
"Barselona"nın aparıcı futbolçularından olan Rafinya "Real Madrid"lə vacib oyunda komandasına kömək edə bilməyəcək.
Moderator.az xəbər verir ki, bu barədə məşhur jurnalist Cerard Romero "El-Klasiko" ərəfəsində məlumat yayıb.
Onun sözlərinə görə, braziliyalı futbolçu bu gün "Barselona"nın məşqini yarımçıq tərk edib. Rafinya daha əvvəl özünü yaxşı hiss etdiyindən klubun məşqlərinə qoşulmuşdu.
Futbolçu sentyabrın 25-də La Liqada "Ovyedo"ya qarşı oyunda bud nahiyəsindən zədə alıb.
Xatırladaq ki, "Barselona" oktyabrın 26-da Madridin məşhur "Santyaqo Bernabeu" stadionunda "Real Madrid"in qonağı olacaq.