Bizi sosial şəbəkələrdən izləyin:
Keniyalı qaçışçı Rut Çepnqetiç antidopinq qaydalarını pozduğuna görə üç il müddətinə yarışlardan kənarlaşdırılıb.
Moderator.az bildirir ki, bu barədə yüngül atletikada mənfi hallarla mübarizə üzrə müstəqil orqanın (Athletics Integrity Unit) Mətbuat Xidməti məlumat yayıb.
İdmançının dopinq nümunəsində hidroklorotiazid aşkarlanıb.
Qeyd edək ki, 31 yaşlı Çepnqetiç marafonda dünya rekordçusudur. O, 2024-cü ilin oktyabr ayında 42 km 195 m məsafəni 2 saat 9 dəqiqə 56 saniyəyə qət edib.