Noyer Çempionlar Liqasında qapıçılar arasında rekordçu oldu
İdman
486
23 Oct 2025 | 23:07

Noyer Çempionlar Liqasında qapıçılar arasında rekordçu oldu

"Bavariya"nın qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasında qapıçılar arasında ən çox qələbə sayı üzrə rekord müəyyənləşdirib.

Moderator.az championat.com-a istinadən xəbər verir ki, 39 yaşlı çərçivə qoruyucusu bu uğura Çempionlar Liqasının 3-cü turunda "Bavariya"nın "Brügge"ni 4:0 hesabı ilə məğlub etməsi ilə nail olub.

Belçika təmsilçisi üzərində qazanılan qələbə Noyerin Avropanın əsas klub turnirində 102-ci qalibiyyəti olub ki, bu da qapıçı üçün rekorddur.

O, reytinqdə "Real Madrid"in sabiq qapıçısı İker Kasilyası geridə qoyub.

Link kopyalandı!
Son xəbərlər