03:34
16°C
Bakı
İspaniyanın "Barselona" klubu baş məşqçi Hans-Diter Flikin cəzalanması ilə bağlı növbəti dəfə apellyasiya şikayəti verib.
Moderator.az yerli mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi almaniyalı mütəxəssisin diskvalifikasiya olunması ilə razı deyil.
Klub bununla bağlı İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsinə ikinci dəfə müraciət ünvanlayıb.
Qeyd edək ki, Hans-Diter Flik ötən tur "Jirona" ilə keçirilən oyunun 90+1-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Qərar qüvvədə qalsa, baş məşqçi oktyabrın 26-da "Real"la matçda texniki zonada yer ala bilməyəcək.