Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov təyinat alıb.
Bu barədə Moderator.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin III qrupunun oyunlarında iş başında olacaq.
K.Əmiraslanov oktyabrın 29-da "Benfika" (Portuqaliya) – "Loznitsa-Qrad 2018" (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq "Riqa" (Latviya) - "Luksol St.Andreus" (Malta) görüşündə üçüncü hakim fuksiyasını yerinə yetirəcək.
FIFA referisi oktyabrın 30-da keçiriləcək "Luksol St.Andreus" - "Loznitsa-Qrad 2018" qarşılaşmasında isə birinci hakim olacaq.
Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.