Çempionlar Liqası:
İdman
514
22 Oct 2025 | 22:37

Çempionlar Liqası: "Qarabağ" cari mövsüm əsas mərhələdə ilk dəfə məğlub olub - YENİLƏNİB

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda səfərdə "Atletik" (Bilbao, İspaniya) ilə qarşılaşıb.

Moderator.az-ın məlumatına görə, "San Mames" stadionunda reallaşan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.

Moderator.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda meydan sahibləri hesabdakı üstünlüklərini bir qədər də möhkəmləndiriblər.

88-ci dəqiqədə Qorka Quruseta dubl müəllifi olub.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Atletik Bilbao" -"Qarabağ" matçında ev sahibləri ikinci qolu vurublar.

Moderator.az xəbər verir ki, "Qarabağ"ın qapısından ikinci topu 70-ci dəqiqədə Robert Navarro keçirib.

21:50

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

Moderator.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Moderator.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.

21:30

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində keçirilən "Atletik Bilbao" -"Qarabağ" matçında hesab bərabərləşib.

Moderator.az xəbər verir ki, meydan sahiblərinin heyətində 40-cı dəqiqədə qolu Qorka Quruseta vurub.

20:50

İspaniyada "Atletik" (Bilbao) və "Qarabağ" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.

Moderator.az məlumatına görə, matç "San Mames" stadionunda keçirilir.

Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin üçüncü turu çərçivəsində "Atletik Bilbao" -"Qarabağ" qarşılaşması start götürüb.

Moderator.az xəbər verir ki, Bilbao şəhərinin "San Mames" stadionunda keçirilən matçı xorvatiyalı hakim İqor Payats idarə edir.

19:50

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda qarşılaşacaq "Atletik Bilbao" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

Moderator.az xəbər verir ki, "San Mames" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Atletik": Unai Simon, Andoni Qorosabel, Aytor Paredes, Oyan Sanset, İnyaki Uilyams, Niko Uilyams, Qorka Quruseta, Emerik Lyaport, Yuri Berşiş, Mikel Xauregisar, Alexandro Reqo

"Qarabağ": Mateuş Koxalski, Kevin Medina, Mateus Silva, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Kadi Borges, Pedro Bikalyo, Abdullah Zubir, Leandro Andrade, Kamilo Duran, Nəriman Axundzadə.

 

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər