23:18
18°C
Bakı
"Barselona"nın baş məşqçisi Hans-Diter Flik "Real Madrid"lə vacib oyunda komandasına kömək edə bilməyəcək.
Moderator.az İspaniyanın "AS" nəşrinə istinadən xəbər verir ki, İspaniya Futbol Federasiyasının Nizam-İntizam Komitəsi çalışdırıcının cəzasını ləğv etməyib.
Məlumata görə, Flikin La Liqanın 9-cu turunda "Jirona" ilə oyununda (2:1) qırmızı vərəqə almasından sonra kataloniyalıların verdiyi apelyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, "Real Madrid"-"Barselona" oyunu oktyabrın 26-da Madridin məşhur "Santyaqo Bernabeu" stadionunda keçiriləcək. "El Kassiko" öncəsi "Real Madrid" 24 xalla 1-ci, "Barselona" 22 xalla 2-ci yerdədir.