19:07
17°C
Bakı
"Qalatasaray" UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsinin "Budyo Qlimt"lə oyunu ərəfəsində ciddi itki ilə üzləşib.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, İstanbul təmsilçilərinin "Mançester Siti"dən heyətinə qatdığı ulduz futbolçusu İlkay Gündoğan son taktiki məşqlərdə zədələnib.
Təcrübəli futbolçunun bu gün keçiriləcək "Budyo Qlimt"lə matçda meydana çıxacağı gözlənilmir.
Baş məşqçi Okan Burukun futbolçu ilə bağlı son qərarını matç saatına yaxın verəcəyi bildirilir. Gündoğan oynamasa, Qabriel Sara və ya Yunus Akgünün start heyətində yer alacağı ehtimal olunur.
Qeyd edək ki, "Qalatasaray" - "Budyo Qlimt" oyunu bu gün Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.