Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda İspaniyada “Atletik Bilbao” ilə qarşılaşacaq.
Moderator.az xəbər verir ki, “San Mames” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Matçın baş hakimi xorvatiyalı İqor Payaç olacaq.
“Atletik Bilbao” ilk iki turda xal toplaya bilməyib. Ernesto Valverdenin rəhbərlik etdiyi kollektiv evdə İngiltərə “Arsenal”ına 0:2, səfərdə Almaniyanın “Borussiya Dortmund” klubuna 1:4 hesabı ilə uduzub.
“Qarabağ” isə keçirdiyi hər iki oyunda qələbəyə sevinib. Qurban Qurbanovun komandası Portuqaliyada “Benfika”nı 3:2, evdə isə Danimarka “Kopenhagen”ini 2:0 hesabı ilə üstələyib.