İnfantinodan sensasion vəd: DÇ bu ölkədə keçirilə bilər
İdman
252
00:16, Bu gün

İnfantinodan sensasion vəd: DÇ bu ölkədə keçirilə bilər

FİFA prezidenti dünya çempionatını Boliviyada keçirməyə hazır olduğunu açıqlayıb.

Moderator.az xəbər verir ki, bazar ertəsi Canni İnfantino Boliviya Futbol Federasiyasının (FBF) La Pazda ölkə milli komandalarının yerləşəcəyi ilk məşq kompleksinin açılış mərasimində iştirak edib.

“Əlbəttə, biz dünya çempionatını burada keçirməyi planlaşdırırıq. Görək hansı dünya çempionatını müzakirə edəcəyik, lakin burada qurulan infrastrukturu və bu ölkədə futbola olan sevgini nəzərə alaraq, biz, əlbəttə ki, bu ideyanı dəstəkləməyə davam etməliyik”, – İnfantino bildirib.

Link kopyalandı!
Son xəbərlər