Lamin Yamal Çempionlar Liqasının tarixinə düşdü
İdman
279
21 Oct 2025 | 23:40

Lamin Yamal Çempionlar Liqasının tarixinə düşdü

"Barselona" klubunun qanad oyunçusu Lamin Yamal UEFA Çempionlar Liqasında (ÇL) 25 oyuna çıxan ən gənc oyunçu ünvanını əldə edib.

Moderator.az Sport24.ru-ya istinadən xəbər verir ki, bu, Yamalın ÇL-nin ümumi mərhələsinin üçüncü turunda "Barselona" - "Olimpiakos" oyununa start heyətdə çıxması ilə mümkün olub.

İspan futbolçu bu nailiyyətə 18 yaş və 100 günündə imza atıb.

Qeyd edilir ki, Yamal PSJ-nin yarımmüdafiəçisi Zair-Emrinin (19 yaş və 32 gün) rekordunu təzələyib.

Link kopyalandı!
Son xəbərlər