İdman
278
21 Oct 2025 | 23:20

"Real Madrid"in baş məşqçisi Arda Gülər ​​və Kənan Yıldızı təriflədi

"Real Madrid"in baş məşqçisi Xabi Alonso Türkiyə yığmasının iki futbolçusu - Arda Gülər ​​və Kənan Yıldızın ünvanına xoş sözlər söyləyib.

Moderator.az xəbər verir ki, ispan çalışdırıcı UEFA Çempionlar Liqasının "Real Madrid" - "Yuventus" oyunundan əvvəl təşkil olunan mətbuat konfransında maraqlı açıqlamalar verib.

Alonso "Arda Gülərin performansı klubun keçmiş futbolçusu Məsut Özilin oyun tərzinə bənzəyirmi" sualına belə cavab verib: "Ardanın oyun tərzi Özil və Qutinin qarışığıdır. Quti oyun qurmaq və son ötürməni vermək bacarığına sahib idi. Məsut da eyni stildə çıxış edirdi".

"Real"ın çalışdırıcısı bildirib ki, "Yuventus" çox təhlükəli komandadır və görüşdə diqqətli olacaqlar: "Turin təmsilçisi həm keçmişdə, həm də indi əla komandadır. Onların çox yaxşı oyunçuları var. Bunlardan biri də Kənan Yıldızdır. O, çox inkişaf edib. Mən onu yaxşı tanıyıram. Onun inkişafını görməkdən çox məmnunam".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Real Madrid" - "Yuventus" oyunu sabah Madridin "Santyaqo Bernabeu" stadionunda baş tutacaq.

Link kopyalandı!
Son xəbərlər