20:22
14°C
Bakı
Almaniyanın "Bavariya" klubu baş məşqçi Vensan Kompani ilə müqaviləni uzadıb.
Moderator.az xəbər verir ki, bu barədə Münhen klubunun Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, yeni anlaşma 30 iyun 2029-cu il tarixinədək qüvvədədir.
Qeyd edək ki, 39 yaşlı belçikalı mütəxəssis ötən mövsümdən əvvəl "Bavariya"nın baş məşqçisi vəzifəsinə keçib. O, futbolçu karyerası ərzində Belçikanın "Anderlext", Almaniyanın "Hamburq" və İngiltərənin "Mançester Siti" komandalarında çıxış edib. Kompani Belçika millisinin heyətində 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında üçüncü yeri tutub.