Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün AFFA İntizam Komitəsinin İclası keçirilib.
Moderator.az xəbər verir ki, qurum "Neftçi" klubunu ümumilikdə 9700 manat cərimələyib.
Belə ki, Azərbaycan Premyer Liqasının VIII turunda "Araz-Naxçıvan"la matçda (2:2) "ağ-qaralar"ın dörd futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb. Paytaxt klubunun azarkeşləri rəqib komandanın və hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi üçün və bu hal cari mövsümdə ikinci dəfə yaşandığı üçün kluba 6000 manat cərimə tətbiq edilib.
Bundan əlavə, fanatlar rəqib oyunçuların ünvanına irqi ayrı-seçkilik ehtiva edən ifadələr səsləndirdiyinə görə "Neftçi" 3000 manat ziyana düşüb.
Həmçinin, “Şamaxı” – “Kəpəz” oyununun 44-cü dəqiqəsində “Şamaxı” komandasının 19 nömrəli futbolçusu Abdullahi Şuaybu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna cəza, "şirlər" 3000 manat cərimə edilib.
Meydan sahibi və qonaq komandanın geyim formasında uyğunsuzluğun aradan qaldırılması səbəbindən matç gec başladığı üçün hər biri 1500 manat cərimələnib. Gəncəlilərin 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);
Azərbaycan Premyer Liqasında VIII turun “İmişli” – “Qəbələ” oyununda qonaq komandada 5 nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimə edilib.
“Sumqayıt” – “Karvan-Yevlax” oyunu Yevlax təmsilçisi meydançaya gec çıxması səbəbindən gec başladığı üçün qonaqlar 3000 manat ziyana düşüb.