Babək Quliyev UEFA-dan təyinat aldı
İdman
911
21 Oct 2025 | 13:58

Babək Quliyev UEFA-dan təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan təyinat alıb.
 
Moderator.az xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində X qrupun 3 oyununda fəaliyyət göstərəcək.
 
B.Quliyev oktyabrın 28-də Bolqarıstan – Slovakiya, 31-də İsveçrə - Bolqarıstan oyunlarının hakim-inspektoru, noyabrın 3-də isə San Marino – Bolqarıstan matçının həm hakim-inspektoru, həm də nümayəndəsi olacaq.
 
Qeyd edək ki, X qrupun qarşılaşmaları Slovakiyada təşkil olunacaq.
Link kopyalandı!
Son xəbərlər